Ermənilər dünən keçirilən referendumda ölkənin siyasi idarəçilik sisteminnin dəyişməsinə səs veriblər.
Aktual.az Ölkə.az-a istinadən xəbər verir ki, erməni mediası referendumun son nəticələri haqda məlumat yayıb.
Məlumata görə, Ermənistandakı referendumda səsvermə hüququ olanların 50,51%-i iştirak edib.
Son məlumata görə isə səsverənlərin 63.35%-i ölkənin parlament respublikası olması ideyasını dəstəkləyib. Səsverən ermənilərin 32,35% isə bunun əleyhinə səs veriblər.
Ermənistan müxalifəti isə referendumun nəticələrinin dövlətə xəyanət olduğunu elan edərək İrəvanın mərkəzində aksiyasını davam etdirir.