Erməni silahlı birləşmələrinin qoşunların təmas xəttində yerləşən kəndləri intensiv atəşə tutması nəticəsində evlərə və şəxsi təsərrüfatlara ciddi ziyan dəyib.
APA TV-nin məlumatına görə, ermənilərin atdığı çoxsaylı mərmilər mülki obyektlərə düşüb. Baş verən dağıntılar ermənilərin əsas hədəfinin mülki şəxslər olduğunu, evləri və təsərrüfatları atəşə tutmaqla əhali arasında təşviş yaratmaq istədiyini ortaya qoyur.
Ermənilərin ağır artilleriyadan açdığı atəşlər nəticəsində 3 mülki şəxs həlak olub, 5 yerli sakin yaralanıb. İşğalçı qüvvələr təmas xəttində yerləşən məktəbləri, infrastruktur obyektlərini, mülki maşınları da atəşə tutmaqdan çəkinmir.