“Ermənilər mənfur xislətlərinə, qara niyyətlərinə uyğun hərəkət edirlər” AÇIQLAMA

“Ermənilər mənfur xislətlərinə, qara niyyətlərinə uyğun hərəkət edirlər” AÇIQLAMA

"Erməni vandallarının başı 44 günlük müharibədə necə əzilibsə, necə rəzil günə qalıblarsa hələ də özlərinə gələ bilmirlər. Ona görə, təxribata əl atırlar, hər zaman ki mənfur xislətlərinə, qara niyyətlərinə uyğun hərəkət edirlər, vəziyyəti gərginləşdirməyə çalışırlar. Üstəlik, bu onların ilk cəhdi deyil”. Bunu "Səs” qəzetinə açıqlamasında millət vəkili Elşən Musayev deyib.

Onun sözlərinə görə, erməni tör-töküntüləri daha əvvəllər də belə hadisələr törədib və hər zaman da erməni quldurlarının cavabı verilib, təxribatların qarşısı alınıb: "İndi də Laçın və Kəlbəcər istiqamətində yaramazlıq edirlər. Yəqin bu, həm də o səbəblə bağlıdır ki, yaxın vaxtlarda Laçın dəhlizinə alternativ yolun çəkilməsi ilə bağlı müddət bitəcək və Laçın rayonunun mərkəzinə nəzarət də Azərbaycan tərəfinə keçəcək. Ermənilər isə bunu həzm edə bilmirlər. Ona görə öz "ənənəvi” üsulları ilə suyu bulandırmağa, üçtərəfli razılaşmalardakı bəndlərin, öhdəliklərin icrasını bir şəkildə uzatmağa çalışırlar. Amma alınmayacaq. Bu nanəciblər, bu vandallar heç bir təxribatla arzularına çata bilməyəcəklər. Gərginliyi də artırsalar öz başlarında çatlayacaq və artıq anti-terror əməliyyatları qaçılmaz olacaq. Biz bütün vəziyyətlərə hazırıq. Qüdrətli ordumuz və dəmir yumruq da yerindədir”.

Xəbər 530 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR