Ermənilər Gürcüstanda ikinci Qarabağ yaradırlar

Ermənilər Gürcüstanda ikinci Qarabağ yaradırlar
  • DÜNYA

Erməni aktivist Vaaqn Çaxalyan Cavaxetiya ermənilərinə müraciət edərək, Türkiyə ilə sərhəddə açılan Aktaş Karçax gömrük keçid məntəqəsinin bağlanması üçün etirazlara başlamalarını istəyib.

Aktual.az axar.az-a istinadən bildirir ki, onun bu müraciəti Ermənistan mətbuatında tirajlanıb. Erməni aktivist həmçinin guya Gürcüstanın qəsdən türkləşdirildiyini bildirib. O, bu prosesin eks-prezident Mixeil Saakaşvili tərəfindən başlanıldığını və hazırda hakimiyyət dövründə daha da aktivləşdiyini söyləyib:

"Hazırda ölkədə 25 yaşından yuxarı olan 560 min subay xristian qadın və 18-35 yaş arasında olan 1 milyon xristian kişi var. Türkiyə-Azərbaycan kapitalının olduğu təşkilatlarda xristianlar işə götürülmürlər. Türklər və azərbaycanlılar əllərindən gələn hər şeyi edirlər ki, yerdə qalan bütün sferaları ələ keçirsinlər. Bizim bu gün həyəcan təbili çalmağımıza səbəb olan proses təkcə Cavaxetiyaya yox, həm də bütün Gürcüstan və Ermənistana təhlükə yaradır".

Çaxalyan bütün erməniləri Cavaxetiyada Türkiyə-Azərbaycan biznesinə maneə yaratmağa səsləyib: "Cavaxetiyalılar bu gün gərək süniklilərin (Zəngəzur vilayəti nəzərdə tutulur - red.) 100 il əvvəl əldə etdiyi nailiyyətə yenidən nail olsunlar. Bir daha öz səsimizi qaldırıb, Gürcüstanın və Cavaxetiyanın islamlaşmasına, eləcə də Ermənistan və Qarabağın blokadaya salınmasına yox deyək".

Qeyd edək ki, Vaaqn Çaxalyan Cavaxetiya ermənilərinin liderlərindən biri hesab edilir. 2008-ci ilə erməni separatçılığını təbliğ etdiyinə görə həbs edilən Çaxalyanın müdafiəsinə bütün erməni lobbisi qalxıb. 5 illik həbs həyatından sonra da o, Cavaxetiyanın müstəqilliyi uğrunda çalışır.

Ümumiyyətlə, Cavaxetiya Gürcüstan üçün əsas problemlərdən biridir. Gürcüstan ərazisində ikinci Qarabağı yaratmağı planlaşdıran erməni millətçiləri daima burada müxtəlif tədbirlər həyata keçirirlər. İrəvan və Moskvadan böyük dəstək almaları Tiflisin bu bölgə ilə bağlı narahatlığının yaranmasına səbəb olur.

Zəruri qeyd: 1920-ci ildə erməni faşist Qaragen Njde Azərbaycan ərazisi olan Zəngəzurun Ermənistana birləşdirilməsi prosesini başlamışdı və nəticədə ermənilər istəklərinə çatdılar. Çaxalyan eyni prosesin Cavaxetiyada da başladılmasına çağırış edir.

Xəbər 379 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR