Ermənilər beynəlxalq qanunları pozaraq xəstəxananı hədəf alıb

Ermənilər beynəlxalq qanunları pozaraq xəstəxananı hədəf alıb

"Ermənistan ötən gün Cenevrə konvensiyasının 18-ci maddəsini pozaraq Tovuzun Mərkəzi Xəstəxanasını hədəf alıb”.

Aktual.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ombudsman Səbinə Əliyeva deyib.

Ombudsman xatırladıb ki, həmin maddədə münaqişə tərəflərinin heç bir halda mülkü yaşayış yerlərini, xəstəxanaları hədəf almamaları qeyd olunub:

"Əfsus ki, Ermənistan bu dəfə də beynəlxalq qanunları pozub və hazırda biz bunu müşahidə edirik”.

S.Əliyeva qeyd edib ki, buna qəti etiraz edilir və vu barədə müvafiq beynəlxalq qurumlar ən qısa zamanda məlumatlandırılacaq.(report.az)
Xəbər 486 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR