Azərbaycanın işğal altındakı Xocavənd rayonu ərazisində yerləşən Azıx mağarasından yeni görüntülər yayılıb.
Aktual.az azvision.az-a istinadən xəbər verir ki, ermənilərə məxsus sosial şəbəkələrdə yayılan videoda Azıx mağarasında aparılan qanunsuz ekspedisiya işlərini özündə əks etdirən görüntülər əks olunub.
Düşmən Azıx mağarasındakı ekspedisiya işlərinə təkcə əcnəbi ailmləri cəlb etməyiblər, bura həm də xarici elm ocaqlarında təhsil alan aspirantlar, dissertantlar və eyni zamanda jurnalistlər dəvət olunublar.
Azıx mağarasında aparılan qanunsuz tədqiqat işlərini əks etdirən görüntüləri təqdim edirik.