Erməni hərbi birləşmələri işğal altındakı Azərbaycan torpaqlarında növbəti hərbi təlimlərə başlayıb.
Aktual.az xəbər verir ki, APA-nın Qarabağ bürosunun məlumatına görə, təlimlər Ağdam və Ağdərə rayonlarının işğal altında olan ərazilərində keçirilir.
Təlimlərdə ağır artilleriyadan istifadə olunur. Top və minaatanlardan açılan atəş səsləri Ağdamın və ətraf rayonların cəbhəyanı kəndlərində eşidilir.