Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan bu gün saat 12:00-a olan məlumata görə 47.115 erməninin Qarabağdan Ermənistana getdiyini bildirib.
Aktual.az xəbər verir ki, bu rəqəm cəmi iki saat öncə - 10:00 üçün 42.5 min idi. Həm də bildirilmişdi ki, 42,5 min nəfərdən yalnız 22.8 mini qeydə alınıb.
İki saat müddətində "köçən” rəqəmi böyüsə də, "qeydə alınan” rəqəm yerində qalıb – 22.8 min.
Maraqlıdır, 2 saat ərzində 4.615 nəfər "Laçın” postundan keçə bilərmi?
4.615 nəfərin daşınması üçün - bir maşında 4-5 nəfərin olduğunu təxmin etsək - 1000 maşın deməkdir. Hər maşında salona və yük yerinə baxışı, onlarla ayaqüstü dialoqu hətta bir dəqiqə saysaq belə, 120 dəqiqə ərzində 120 maşın keçməlidir. 120 dəqiqə ərzində 1000 maşının keçməsi o deməkdir ki, post-zad yoxdur, maşınlar Laçın yolundan 100-120 km.saat sürətlə şütüyüb gedirlər.
Ermənilər yenə rəqəmləri şişirdir...
Xəbər 224 dəfə oxunub.