850-yə yaxın erməni maşını Rusiya-Gürcüstan sərhədində, Yuxarı Lars keçid məntəqəsində qalıb.
Aktual.az xəbər verir ki, tıxacla bağlı Şimali Osetiya Nəqliyyatı İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, ümumilikdə, 2,7 mindən çox avtomobil sərhədi keçmək üçün gözləyir.
Xatırladaq ki, yüksək dağlıq ərazilərdən keçən Gürcüstan Hərbi Yolu hazırda Rusiyanı Gürcüstan və Ermənistanla birləşdirən yeganə quru yoludur.
Xəbər 222 dəfə oxunub.