Miçiqan ştatının qubernatoru ermənilərin soyqırımı mövzusunun məktəb proqramına daxil edilməsini təsdiq edib.
Ölkə.Az Ermənistan saytlarına istinadən xəbər verir ki, Miçiqan ştatının qubernatoru Rik Snayder iyunun 16-da erməni soyqrımı mövzusunun ştat ərazisində orta məktəb proqramına daxil edilməsi barədə qanun layihəsini imzalayıb. Qubernatorun müvafiq əmri imzalamasında Amerika Erməni Assambleyasının böyük rolu olub.
Qanun layihəsinə əsasən, Miçiqan ştatında 8-12-ci siniflərdə 1915-ci ildə Osmanlı İmperiyasına törədilmiş "erməni soyqrımı" mövzusu 6 saatlıq proqram əsasında tədrisə daxil ediləcək.