Erməni xalqı Brüsseldə nə baş verdiyini bilmir - Zaxarova

Erməni xalqı Brüsseldə nə baş verdiyini bilmir - Zaxarova

Rusiya Moskvadakı görüşlər və üçüncü ölkələrdə çoxtərəfli tədbirlər çərçivəsində İrəvan və Bakıya dəvət göndərib.
Aktual.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
"Bakı həmişə hazır olduğunu sübut edib, amma təəssüf ki, bunu erməni tərəfdaşlarımız barədə demək olmaz. Ola bilsin ki, Ermənistan hakimiyyətinə Vaşinqtondan, Brüsseldən və ya Parisdən olan müşavirlər daha maraqlı və daha yaxşı nəsə təklif edə bilərlər, lakin biz keçmiş təcrübəyə nəzər salmalıyıq. Artıq hər kəs Praqa və Brüssel toplantılarının nəyə gətirib çıxardığını görüb. Ola bilsin ki, erməni xalqı hər şeydən xəbərdar və məlumatlı deyil, amma müxtəlif mənbələrə nəzər salıb Praqa və Brüsseldə hər şeyin necə getdiyini görməyə dəyər. "Ən yaxşı dostların" məsləhəti ilə bir-birini hansı sürprizlər əvəz edir”, - Zaxarova bildirib.
Xəbər 324 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR