Erməni xakerlərin Milli Məclisin saytına hücumunun qarşısı alınıb

Erməni xakerlərin Milli Məclisin saytına hücumunun qarşısı alınıb

Milli Məclisdən dekabrın 27-də Ermənistanın bəzi kütləvi informasiya vasitələrində “Armenian Cyber Army” xaker qrupu tərəfindən Azərbaycan Milli Məclisinin saytının sındırıldığı barədə yayılan informasiyalara dair açıqlama gəlib.
Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, yayılan informasiyalar həqiqətə uyğun deyil.
Məlumatda bildirilir ki, əslində həmin gün Ermənistan xakerləri tərəfindən Milli Məclisin saytına qarşı edilmiş müxtəlif pozuculuq məqsədli cəhdlər nəticə verməyib, sistemə heç bir zərər vura bilməyiblər. Bu hücumlar zamanı sistemdə çalışan mühafizə proqramı işə düşərək, sayta girişi mühafizə məqsədi ilə qısa müddətdə məhdudlaşdırmış və sonradan sistem administratoru tərəfindən bərpa edilmişdi.

Məlumatda o da qeyd edilib ki, Milli Məclis saytının həm inzibati, həm də texniki imkanları bu cür hücumların vaxtında qarşını almağa imkan verir. Saytın qoruyucu sistemləri bu cür məkrli cəhdləri neytrallaşdırmağa qadirdir. Belə hərəkətlərlə Milli Məclis saytının fəaliyyətinə hər-hansı bir təsir göstərmək qeyri-mümkündür.

Xəbər 572 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR