Suriyanın Qamışlı şəhərinin mərkəzində uydurma "erməni soyqırımı" və "assuriyalıların soyqırımı"na həsr olunmuş mərasim zamanı partlayış törədilib.
Aktual.az APA-ya istinadən bildirir ki, bu barədə "Almasdar News" xəbər yayıb. İŞD üzvünün törətdiyi partlayış nəticəsində 3 nəfər ölüb, onlarla şəxs yaralanıb.
Hadisənin başqa təfərrüatları bəlli deyil.