Aktual.az oxu.az-a istinadən xəbər verir ki, Ermənistanın polis sistemində növbəti işdən qovulmalar olub.
Ermənistanın polis rəisi Vladimir Qasparyanın əmri ilə İrəvan polis rəisinin müavini Armen Qarduzyan tutduğu vəzifədən azad edilib.
Şayiələrə görə, Qarduzyanın vəzifəsindən çıxarılması səbəbi digər vəzifəli şəxslərin işdən çıxarılması səbəbi ilə eynidir.
Daha öncə Şirak polisinin rəisi Qriş Amirxanyanın tutduğu vəzifədən azad edildiyi barədə məlumat yayılıb. Kotaykın polis rəisi Serob Artunyan, Araqatsonun polis rəisi Qriqor Qriqoryan və İrəvanın Kanaker-Zeytun rayonlarının polis bölməsinin rəisi Avetik Abramyan tutduqları vəzifədən azad edildikləri barədə məlumat yayılıb.
Məlumata görə, onların işdən çıxarılmasının səbəbi deputatlardan birinin qeyd edilən ad günündə onlarla yanaşı, kriminal aləmin “Tevosik” adı altında məşhur olan nümayəndəsi Tevos Safaryanın da iştirak etməsi olub.