Bu gün Ermənistan parlamentində keçiriləcək qapalı müzakirədə Ermənistanın Baş Qərargah rəisi və Müdafiə Nazirliyinin nümayəndələri iştirak edəcək.
Aktual.az xəbər verir ki, bu barədə "Joqovurd” qəzeti məlumat yayıb.
Məlumata görə, əsas mövzu şərti sərhəddəki vəziyyət olacaq:
"Deputatlar Zəngəzur (Sünik) və Göyçə (Geqarkunik) rayonlarında gərginliyin artması ilə bağlı icra hakimiyyəti nümayəndələrinin izahatlarını dinləyəcəklər. Toplantı günün ikinci yarısında keçiriləcək. Müzakirələrdə Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan və Müdafiə Nazirliyinin nümayəndələri iştirak edəcək”.
Xəbər 278 dəfə oxunub.