İyunun 16-dan 25-dək Bakıda keçiriləcək boks üzrə Dünya Olimpiya Təsnifat Turnirində Ermənistan millisinin iştirak etməyəcəyi dəqiqləşib.
Aktual.az xəbər verir ki, bu barədə məlumatı APA-ya Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov verib.
Onun sözlərinə görə, təhlükəsizliklə bağlı təminat verilsə də, işğalçı ölkə Rio-2016-ya lisenziya xarakterli yarışa qatılmaq istəməyib.
N.Səfərov bildirib ki, hələlik 105 ölkə qeydiyyatdan keçib və buna əsasən turnirdə 460 boksçunun mübarizə aparacağı gözlənilir.
Qeyd edək ki, ermənilər apreldə Bakı və Samsunda keçiriləcək lisenziya yarışına qatılmayacaqlarını açıqlasalar da, son anda Türkiyəyə yollanmışdılar.