Onlar oyundan qabaq hər birinə 500 min avro pul alıblar.
Avro-2016-nın seçmə mərhələsi çərçivəsində son turun oyununda Albaniya yığması Ermənistan millisinin futbolçularını satın alıblar.
Bu barədə məlumatı Serbiyanın “Telegraf.rs” və Albaniyanın “Opozita.com” nəşrləri yayıblar.
Məlumata əsasən, Ermənistan yığmasının 4 futbolçusu - 3 müdafiəçi və qapıçı - oyundan qabaq hər birinə 500 min avro pul alıblar. Futbolçuların adları açıqlanmır.
Xatırladaq ki, oktyabrın 11-da Yerevanda keçirilən matç albanların 3:0 hesablı qələbəsi ilə bitib. Bu nəticə ilə Albaniya yığmasına I qrupunda Danimarkanı qabaqlayaraq 2-ci yeri tutdu və Avropa Çempionatına birbaşa vəsiqə qazandı. Bu qrupda ilk pillədə Portuqaliya millisi qərarlaşdı, Ermənistan isə cəmi 2 xal toplayaraq qrup sonuncusu oldu.\oxuaz
Aktual.az