Erməni deputatların Yeni il mükafatı təəccübləndirdi

Erməni deputatların Yeni il mükafatı təəccübləndirdi
  • DÜNYA

Bir neçə gün əvvəl Ermənistan parlamentinin hər bir üzvünün hesabına 3 milyon dramdan (təxminən 7700 dollar) çox pul köçürülüb.
Aktual.az xəbər verir ki, bu barədə "Hraparak” qəzeti məlumat yayıb.
"Deputatlara bu məbləğin niyə bu qədər yüksək olduğu və nə üçün köçürüldüyü bildirilməyib. Qaydaya uyğun olaraq, ilin sonunda dövlət qurumlarının əməkdaşlarına 13-cü maaş verilir. Deputatlara gəldikdə isə dekabr ayı əmək haqqı nəzərə alınmaqla, bu, təxminən 1 milyon 200 min dram, eləcə də xərclər üçün 500 min dram təşkil edir. Bu il məbləğin necə üç dəfə artdığını demək çətindir. Parlamentin 107 üzvü var. Bu o deməkdir ki, dövlət büdcəsindən 800 min dollardan çox vəsait ayrılıb”, - məlumatda deyilib.
Xəbər 62 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR