Ermənistan parlamentinin müxalif “İrs” fraksiyasının üzvü Zaruhi Postancyan partiyanın iclasında təhlükəsizlik orqanlarının fəaliyyətini tənqid atəşinə tutub.
Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, xəbər verir ki, Zaruhi Postancyan Ermənistan-Azərbaycan sərhədində atəşkəsin sistemli pozulması, hərbi qulluqçular arasında qurbanlar, cəbhə bölgəsindəki əhalinin evlərini tərk etmələri barədə yayılan xəbərlərin təhlükəsizlik orqanları tərəfindən inkar edildiyini bildirib.
O, şəxsən Tavuş əyalətinə və Dağlıq Qarabağ bölgəsinə baş çəkərək əhalinin kəndləri tərk etməsinə dair yayılmış informasiyaları təsdiqləyib: “Sakinlərin bir qismi artıq kəndləri tərk edib, qalanları isə köçməyə yerlərinin olmaması səbəbindən, yerli icra və təhlükəsizlik orqanlarının təzyiqlərinə məruz qaldıqlarından məcburən kənddə yaşadıqlarını bildiriblər. Belə xəbərləri ört-basdır edən ölkənin təhlükəsizlik orqanları cinayətkar Sərkisyan rejimini müdafiə edir”.
Erməni deputat Ermənistanda konstitusiya dəyişiklikləri əvəzinə hakimiyyətdə dəyişikliyin zəruriliyini vurğulayaraq noyabr ayının 1-dən hər kəsi “İrs” partiyasının da qatıldığı “Yeni Ermənistan” ictimai qurtuluş cəbhəsinə qoşulmaqla ölkənin bütün yerlərində təşkil olunan etiraz yürüşlərində iştirak etməyə səsləyib.