Erməni deputat: “Paşinyan tənqidçiləri deportasiya etməkdən çəkinmir”

Erməni deputat: “Paşinyan tənqidçiləri deportasiya etməkdən çəkinmir”

"İndiki hakimiyyətin iradəsi olsaydı, hər hansı tənqidi fikirlər səsləndirən diaspora üzvünün ölkəyə girişini qadağan edər, hətta onlara qarşı çıxan bütün vətəndaşları Ermənistandan deportasiya etməyə cəhd göstərərdi”.
Aktual.az erməni mediasına istinadən xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində müxalif deputat, "Daşnaksütyun” partiyasının üzvü Geqam Manukyan bildirib.
O, hakimiyyətin daşnaklara qarşı dözümsüz münasibət sərgilədiyini deyib. "Ermənistana girişi qadağan edilənlərin hamısı həm Fransada, həm də Niderlandda erməni maraqları uğrunda ən fəal döyüşçülər sayılırdılar. Onlar Ermənistan üçün yox, Azərbaycan və Türkiyə üçün arzuolunmaz şəxslər olmalı idilər”, - deyə Manukyan qeyd edib.
Xatırladaq ki, bir müddət əvvəl Fransanın "Yeni Nəsil” Gənclər Birliyinin mərkəzi şöbəsinin sədri Njde Qaraqavuryan Ermənistan hakimiyyəti tərəfindən arzuolunmaz şəxs kimi tanınıb.(musavat)


Xəbər 491 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR