"2019-cu ildə Ermənistanın hazırkı iqtidarı sülhdən danışırdı, bunun əvəzinə müharibə gətirdilər. İndi yenə sülhdən danışmağa başlayıblar”.
Aktual.az xəbər verir ki, bu sözlər Ermənistanın müxalif "Hayastan” fraksiyasından olan deputat Artur Xaçatryan tərəfindən yerli jurnalistlərlə söhbətində səslənib.
"Bu insanlar Qarabağı Ermənistandan ayırmaqla 3-cü Respublikanı məhv etməyə çalışırlar. Kobud dillə desək, aradan çıxıb, Qarabağı Azərbaycanla tək qoyurlar”, - deyə revanşist deputat bildirib.
Xaçatryan iqtidarın Ermənistanı yenidən anlaşılmaz 29,8 min kvadrat kilometrə qaytarmağa çalışdığını deyib. "Bilməyənlər üçün izah edim. Bura anklavlar daxil deyil. Əgər sabah İrəvandan Yeqnadzor (Keşişkənd), Gorus və ya Qafana getsən, Azərbaycan ərazisindən keçəcəksən, söhbət Yerasxdan (Arazdəyən), Tiqranaşendən (Kərki) gedir. Qeyd edək ki, oxşar vəziyyət Gürcüstana gedən yolda da olacaq.
Erməni deputat Paşinyanın cəmiyyətin müəyyən hissəsini Ermənistanın başqa variantının olmadığına inandıra bildiyini söyləyib.(musavat.com)
Xəbər 242 dəfə oxunub.