"2016-cı il arxaya doğru addım idi. Ermənistan hökuməti ölkəyə nəfəs almaq imkanı vermək üçün otuzdan artıq kredit götürüb".
Aktual.az report-a istinadən xəbər verir ki, bu fikirləri "Orinats yerkir" fraksiyasının sədri, "Erməni intibahı" Partiyasının liderlərindən biri Eqina Bişariyan deyib.
"Təbii ki, 2017-ci il bundan yaxşı olmayacaq, əksinə, bu ilə biz böyük yüklə daxil oluruq. Bu o deməkdir ki, bu il geriyə addım nöqteyi-nəzərindən ötən ildən də geri qalmayacaq", - o qeyd edib.
E.Bişariyan xatırladıb ki, Ermənistan parlamentinin son iclasında büdcə kəsirini tamamlayacaq 180 mln. ABŞ dolları dəyərində üç kredit sazişinin layihələri qəbul edilib: "Biz millət olaraq dərin quyunun içindəyik. Ermənistan hökumətinin vədlərinə baxmayaraq, hər hansı bir ciddi dəyişikliyin baş verəcəyinə inanmıram. Mən bu vəziyyətdən çıxış üçün heç bir zəmin görmürəm. Biz böyük məbləğdə kreditlər götürmüşük, bundan əlavə, xarici borcu ödəmək üçün ildə büdcədən 115 mlrd. ödəməli olacağıq".
Aktual.az
Xəbər 297 dəfə oxunub.