Aparılan araşdırmalar sübut edib ki, yuxudan erkən saatlarda oyanmaq insan səhhətinə yaxşı təsir edir.
Alimlərin iddiasına görə, bunun həm mənəvi, həm də fiziki baxımdan faydalarını sadalamaqla bitməz.
Erkən oyananlar daha enerjili olurlar
Aktual.az saqlamheyat.az-a istinadən bildirir ki, gec yatıb səhər oyana bilməyənlər gün boyu özlərini yorğun hiss edirlər. Bu isə həm iş həyatına, həm də şəxsi həyata mənfi təsir edir. Belə insanlar vaxtı düzgün bölə bilmədikləri üçün dostları ilə görüşləri, əyləncələri qaçırırlar.
Erkən oyananlar özünü xoşbəxt hiss edir
Erkən qalxanlar özlərini daha xoşbəxt hiss edirlər. Alimlər bunu səhər saatlarında havada ionların çox olması ilə əlaqələndirirlər.
Depressiya riski azalır
Erkən oyananların depressiyaya düşmək riski olduqca azdır. Bunun səbəbi gec yatıb gec oyananlardan fərqli olaraq özlərini daha enerjili və xoşbəxt hiss etmələridir.
Sağlam qidalanmağa sövq edir
Araşdırmalar göstərib ki, gecə gec yatıb səhər oyanmaqda çətinlik çəkənlər yeməyə meyilli olurlar. Belə insanlar gün ərzində fast-food və şirniyyat yeməyə üstünlük verirlər. Tez yatıb erkən oyananlar isə özlərini gün boyu enerjili və tox hiss edirlər. Ona görə də meyvə-tərəvəz kimi sağlam qidalara üstünlük verirlər.
Araşdırmalar göstərib ki, səhərlər erkən oyananlar daha nikbin olurlar. Onlar çətinliklərlə üzləşsələr də, əsla yollarından dönmürlər.
Aktual.az
Xəbər 1098 dəfə oxunub.