Ərini öldürən qadına bəraət verildi - BAKIDA

Ərini öldürən qadına bəraət verildi - BAKIDA

Bakı Ağır Cinayətlər Məhkəməsində Cəlilabad rayon sakini Nuridə Kərimovanın (1989-cu il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Aktual.az xəbər verir ki, ötən il iyulun 23-də Ramana qəsəbəsində yaşayan Nuridə Kərimova həyat yoldaşı Vüqar Kərimovu (1984-cü il təv.) ailə münaqişəsi zəminində qətlə yetirib. Daxil olan məlumat əsasında hadisə yeri Sabunçu RPİ 12-ci polis bölməsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən müayinə olunub.

İstintaqla müəyyən edilib ki, Vüqar Kərimov Sabunçu qəsəbəsindəki kafelərdən birində dönərçi işləyib və əksər vaxt gecələr evə sərxoş vəziyyətdə gəlib. İyulun 23-də növbəti dəfə evə içkili halda gələn Vüqar Kərimovla həyat yoldaşı arasında dava düşüb. Ərinin bıçaqla onu öldürəcəyini görən qadın cəld tərpənərək bıçaqla ona zərbələr endirib. Nəticədə sonuncu hadisə yerində kəskin qanitirmədən vəfat edib. Qeyd edək ki, cütlüyün 4 yaşlı qızı qalıb, hadisə vaxtı azyaşlı babasının evidndə olub.

Məhkəmə təqsirləndirilən qadının barəsində bəraət hökmü çıxarıb və onu məhkəmə zalında azadlığa buraxıb. 

 
 
 
 

Aktual.az
Xəbər 467 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR