Sumqayıtda 10 gün bundan öncə əri tərəfindən bıçaqlanan qadın xəstəxanada ölüb.
ONA-nın yerli bürosunun məlumatına görə, mayın 3-də şəhərin Nəriman Nərimanov küçəsində həyat yoldaşı tərəfindən bıçaqlanan 1972-ci il təvüllüdlü Əmənova Gülnaz Saməddin qızı həkimlərin səylərinə baxmayaraq dünyasınə dəyişib.
Xatırladaq ki, ailə münaqişəsi zəminində baş verən hadisə zamanı ər əvvəlcə arvadını, daha sonra özünü bıçaqlamışdı.
Xəbər 444 dəfə oxunub.