Bu gün Səudiyyə Ərəbistanında terrorçuluqda ittiham edilən 47 nəfər haqqında ölüm hökmü icra edilib.
Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, barələrində edam hökmü çıxarılan şəxslər arasında “Əl-Qaidə” terror təşkilatının Səudiyyə Ərəbistanındakı liderlərindən olan Faris əz Zəhrani və şiə din xadimi Nimr-ən Nimr də var.
Nazirlik onu da qeyd edib ki, haqqında ölüm hökmü çıxarılan şəxslər 2014-cü ildə məhkum ediliblər və terrorçuluqda, ekstremist fəaliyyətdə ittiham olunurlar.
Qeyd edək ki, 2014-cü ildən etibarən Səudiyyə Ərəbistanı terrorçuluq fəaliyyəti ilə məşğul olan təşkilatlara qarşı cinayət məcəlləsində dəyişiklik edib və cəzalar sərtləşdirilib.