Ərəbistan Gürcüstandan zirehli texnika alır

Ərəbistan Gürcüstandan zirehli texnika alır
  • DÜNYA

Səudiyyə Ərəbistanı Gürcüstan istehsalı olan zirehli maşınlar alacaq.

Aktual.az-ın APA-ya istinadən verdiyi məlumata görə, artıq Gürcüstanla Səudiyyə Ərəbistanı arasında müvafiq saziş imzalanıb.

Sazişə əsasən, Gürcüstanın "Delta" hərbi elmi-texniki mərkəzi Ər-Riyada onlarla müasir zirehli tibbi-təxliyyə avtomobili göndərəcək. Bunun qarşılığında Səudiyyə Ərəbistanı Gürcüstana 60 milyon dollar ödəyəcək.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin elan etdiyi tenderdə Gürcüstan istehsalı olan zirehli maşın məşhur "Oshkosh", "Streit Group", AIG, "Steyr" və "Lenco bearcat" kimi şirkətlərin zirehli avtomobilləri ilə rəqabət aparıb. Gələcəkdə Gürcüstanın Səudiyyə Ərəbistanına yüzlərlə belə zirehli maşın göndərəcəyi bildirilir.

Xəbər 353 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR