Ərəb turistlərin Azərbaycana marağı azaldı – Səbəb

Ərəb turistlərin Azərbaycana marağı azaldı – Səbəb

Azərbaycana gələn turistlərin coğrafi mənşə strukturunda dəyişikliklər qeydə alınmaqdadır. Belə ki, bu ilin ilk 10 ayında AB-dən gələnlərin sayı 7,9 faiz artsa da, Körfəz ölkələrindən gələnlərin sayı 3,5 faiz, MDB dövlətlərindən gələnlərin sayı isı 8,2 faiz azalıb. Bütövlükdə, həmin müddətdə Azərbaycana gələn turistlərin sayı 1.7 faiz azalaraq 2 milyon 171 min nəfər olub.
Aktual.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov qeyd edib.
"Gələnlərin 24,4 faizi Rusiya, 17,4 faizi Türkiyə, 8 faizi İran, 6,6 faizi Hindistan, 4,3 faizi Səudiyyə Ərəbistanı, 4,2 faizi Gürcüstan, 4 faizi Qazaxıstan, 3,4 faizi Pakistan, 2,6 faizi Çin, 2,4 faizi İsrail, 2,3 faizi Özbəkistan, 1,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, 1,2 faizi Türkmənistan, hər birindən 1,1 faiz olmaqla Belarus, Böyük Britaniya və Küveyt, 12,9 faizi digər ölkələrin vətəndaşları olmuşdur.
Ərəb turistlərin sayının azalması alternativ turistik bazarlara marağın yüksəlməsi, Azərbaycanda turizm qiymətlərinin hələ də yüksək olması ilə əlaqələndirilir. Avropadan gələnlərin sayının artması isə köhnə qitənin getmə turizmə istəyin yüksəlməsi, işgüzar səfərlərin sayının çoxalması və bütövlükdə bölgəyə xüsusi marağın artması ilə bağlıdır. Eyni zamanda, son illər xaricilərin Azərbaycanda sağlamlıq turizminə də marağının artması müşahidə olunur.
Turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sahədir. Bu baxımdan gələn turistlərin ölkə mənşəyinin yeniləşməsi, xüsusən də Avropa və Cənubi-Şərqi Asiyada yerləşən dövlətlərlə bu sahədə əməkdaşlığın gücləndirilməsi vacibdir. Bu, turizm gəlirlərində dayanıqlığı artıra bilər”, - o qeyd edib.
Xəbər 119 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR