Ərəb dilində danışdılar... təyyarəyə buraxılmadılar

Ərəb dilində danışdılar...   təyyarəyə buraxılmadılar
  • DÜNYA

Çikaqodan Filadelfiyaya uçmaq istəyən iki şəxs “Southwest Airlines” hava yolları şirkətinə məxsus təyyarəyə buraxılmayıblar.
Aktual.az-ın Lent.az-a istinadən məlumatına görə, səbəb isə Maher Xəlil və Anas Ayyad adlı həmin iki şəxsin ərəb dilində danışması olub.
Bu barədə aviaşirkətin əməkdaşı təyyarənin qapısında onlara məlumat verib. Əməkdaşın dediyinə görə, sərnişinlərdən biri onların ərəb dilində danışdığnı eşidib və qorxduğu üçün onlarla eyni təyyarədə getmək istəmir.
Polisə müraciət etdikdən sonra onlara başqa təyyarəyə minməyə icazə verilib.
Deyilənə görə, Parisdə baş verən terror aktından sonra hava uçuşları zamanı belə hallar çox yaşanır.

Xəbər 332 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR