Ərdoğanla Makron telefonla danışıb

Ərdoğanla Makron telefonla danışıb
  • DÜNYA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa Prezidenti Emanuel Makron arasında telefon danışığı olub.
Aktual.az xəbər verir ki, Türkiyə–Fransa münasibətləri, Ukrayna–Rusiya müharibəsi və regional məsələlər müzakirə edilib.
Ərdoğan iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb və Türkiyənin müharibənin ədalətli, davamlı sülhlə başa çatması üçün səylər göstərdiyini qeyd edib. İstanbul prosesinin canlandırılması üçün təmasların davam etdiyi bildirilib.
Türkiyə lideri diplomatiyanın sülh üçün əsas vasitə olduğunu, Türkiyənin atəşkəs və sonrakı mərhələlərdə dəstəyini artıracağını ifadə edib. Görüşdə həmçinin Cənubi Qafqaz, Qəzza və Suriyadakı vəziyyət nəzərdən keçirilib.


Xəbər 52 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR