"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Özbəkistana səfəri iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açacaq".
Aktual.az bildirir ki, bunu Trend-ə Türkiyə Prezident Administrasiyasından deyiblər.
Administrasiyadan verilən məlumata görə, səfər zamanı əsas müzakirə mövzusu Ankara və Daşkənd arasında siyasi və iqtisadi əlaqələrin inkişafı barədə məsələlər olacaq:
"Özbəkistan Mərkəzi Asiyanın strateji vacib dövlətlərindən biridir və Ankara Daşkəndlə münasibətlərin inkişafına böyük önəm verir".
Prezident R.T.Ərdoğan 17-18 noyabr tarixlərində Özbəkistana səfər edəcək. Bu, onun Türkiyə prezidenti qismində Özbəkistana ilk səfəridir. Səfər çərçivəsində Ərdoğan Özbəkistan prezidentinin vəzifələrini müvəqqəti icra edən Şövkət Mirzəyevlə görüşəcək.
Aktual.az
Xəbər 557 dəfə oxunub.