Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyadan üzr istəməsi və ölkəsinin siyasi mövqeyində dəyişiklik edilməsinin iki mühüm səbəbi var.
Aktual.az azvision.az-a istinadən bildirir ki, bunu Rusiyanın Avropa Birliyində olan daimi nümayəndəsi Vladimir Çijov deyib.
Rusiyanın NTV televiziyasına açıqlama verən Çijov Türkiyənin getdikcə daha çox təcrid edildiyini qeyd edib.
"ABŞ-ın kürd problemində mövqeyi və Almaniyanın "soyqırım" qərarı prezident Ərdoğanı çətin vəziyyətə salmışdı və o, belə addımı atmaq məcburiyyətində qaldı".
Türkiyə-Rusiya əlaqələrinin tam təmin edilmədiyini deyən Çijov bildirib ki, Ərdoğanın Rusiyadan üzr istəmək qərarını verməsində Türkiyənin getdikicə təcrid edilməsi səbəb olub.
"Ərdoğanın bundan sonra nə edəcəyinə baxaq. Fikrimcə, təmkinli olmalıyıq", - deyə Çijov vurğulayıb.