Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası Gəncədə keçirilməyəcək.
Türkiyənin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, görüş Bakıda baş tutacaq. Səfirlikdən bildirilib ki, dəyişikliyə səbəb Gəncədəki güclü dumandır.
Qeyd edək ki, sabah Ərdoğan Gəncədə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcəkdi.