Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin tarixi məlum olub.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, səfərin fevralın 18-də baş tutması gözlənilir.
Hazırda səfərin detalları dəqiqləşdirilir.
Ərdoğanın səfəri zamanı Türkiyə ilə Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası da keçiriləcək.