Zəngəzur dəhlizi Türkiyə-Azərbaycan münasibətlərinin inkişafına töhfə verəcək.
Aktual.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatı zamanı deyib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizi, dəmir yolu, avtomobil yolu mühüm əhəmiyyət daşıyır:
"Zəngəzur dəhlizi Türkiyə-Azərbaycan münasibətlərinin inkişafına töhfə verəcək. Yol mədəniyyətdir. Yol yoxdursa, heç bir şey yoxdur. Azərbaycanın da müharibədən sonra üzərində həssas durduğu məsələ infrastruktur, yollardır. Bütün tünellər, çəkilən yollar Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra necə inkişaf etdiyini göstərir. 20 il əvvəl Bakını və indi də Qarabağı düşünürəm".
Xəbər 171 dəfə oxunub.