Ərdoğandan terrorla bağlı TƏKLİF

Ərdoğandan terrorla bağlı   TƏKLİF

"Terrorizm" termininin mənasını genişləndirmək lazımdır və yalnız terror aktını törədən və buna ruhlandıranlar deyil, eləcə də bu aktları dəstəkləyənləri də terrorçu kimi tanımaq lazımdır.

Aktual.az oxu.az-a istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Ərdoğanın sözlərinə görə, əlində silah və ya qumbara olan terrorçu ilə ictimaiyyətdəki vəziyyəti və ya qələmi ilə terrorçuları dəstəkləyənlərin fərqi yoxdur.

"Bunu jurnalistlər, qanunvericilər və müxtəlif fəallar bacararlar", - deyə Türkiyə prezidenti sözlərinə əlavə edib.

Xatırladaq ki, bazar günü axşam Ankarada avtobus dayanacağı yaxınlığında baş verən partlayış nəticəsində 37 nəfər ölüb, ən az 125 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Törədilən partlayışa görə heç kim məsuliyyəti öz üzərinə götürməyib. Türkiyə hakimiyyəti hadisə yerində tapılan dəlillərə görə bu aktın birmənalı şəkildə ölkədə qadağan edilmiş PKK partiyasının yaraqlıları tərəfindən törədildiyini göstərdiyini iddia edir.

Xəbər 463 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR