İsrail və Rusiya ilə münasibətlərimizi inkişaf etdiririk. Son həftələrdəki qarşılıqlı müsbət addımlar gələcək üçün ümid verir.
Aktual.az anspress-ə istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğanın Ramazan bayaramı münasibəti ilə bayram mesajı yayılıb. O deyib ki, Türkiyə Suriya məsələsi, terror, süni gərginliklərin səbəb olduğu böhranların aşındırdığı, qopardığı münasibətləri yenidən bərpa edir.
"Dünyayı xaosa sürükləyənlər öz ölkələrində irqçi və ayrıseçkiliyin güclənməsinə mane ola bilmirlər. Yolumuza çıxan maneələri bir-bir aradan qaldırırıq. Ölkə olaraq güclənəcəyik. Böhranlarla inkişafımıza mane olanlara imkan verməyəcəyik. Hər zaman deyirəm - biz bir olacağıq, iri olacağıq, diri olacağıq, hamımız birlikdə Türkiyə olacağıq. İndi hər zamankındən daha çox qucaqlaşmaya, dözümə ehtiyacımız var".
O, Suriyadakı humanitar böhranın 600 mindən çox məsumu canı qanı bahasına davam etdiyini deyib. "Biz gərək Suriyadan, gərəksə də, İraqdan ölkəmizə sığınan qardaşlarımıza sahib çıxıb, Suriya böhranının ədalətli həlli üçün səylərə dəstək verib, əlimizdən gələni edirik.
Prezident 9 günlük bayramdan istifadə edərək yola çıxanlara xəbərdarlıq etməyi də unutmayıb. O, yol hərəkəti qaydalarına riayət etməyə, sürətdən yayınmağa çağırıb. "Sevinci ağrı-acıya çevirməyək".