Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rizədə vətəndaşlarla görüşüb.
AzNews.az yerli KİV-lərə istinadən xəbər verir ki, görüş zamanı maraqlı anlar yaşanıb. Belə ki, Yahya Çağlar Akarsu adlı gənc Ərdoğandan qeyri-adi kömək istəyib. Sevdiyi qıza elçi getməsinə baxmayaraq ailəsi tərəfindən qızın ona verilmədiyini deyən gənc Ərdoğandan elçi getməsini istəyib. Ərdoğan gəncə zamin olduğunu bildirərək ona kömək etmələri üçün yanındakılara tapşırıq verib.