“Türkiyə ilə Rusiya arasında baş verən hadisələrə görə məyusuq. İki ölkə bir-biri üçün əhəmiyyətlidir”.
Akual.az AzVision.az-a istinadən xəbər verirki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Balıkesir şəhərində təşkil edilən mitinqdə deyib.
Ərdoğan oxşar hadisənin bir daha təkrarlanmayacağına ümid etdiyini bildirib.
"Bu hadisə bizi çox məyus etdi. Rusiya ilə açıq qalan suallara bazar ertəsi Parisdə beynəlxalq iqlim sammitində cavab tapmaq olar. Ölkələr arasında soyuq münasibətdən heç bir tərəf sevinmir”.