Ərdoğandan Putinə: "Düşmənləri sevindirməyək"

Ərdoğandan Putinə:
  • DÜNYA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə münasibətləri korlamaq niyyətində olmadıqlarını açıqlayıb.
Aktual.az axar.az-a istinadən bildirir ki, Türkiyə prezidenti Paris görüşünün münasibətlərdə dönüş nöqtəsi olacağına inandığını deyib:

"Rusiya ilə aramızda baş verən məsələnin böyüməsini istəmirik. Belə bir vəziyyətdə tərəflərin hadisəyə müsbət yanaşmasını gözləyirik. Rusiyaya deyirik ki, gəlin, bu məsələni aramızda, öz sərhədlərimiz daxilində danışaq, həll edək. Məsələni bütün əlaqələrimizin zərər görəcəyi bir həddə çatdırmayaq, düşmənləri sevindirməyək. Bazar ertəsi Parisdə təşkil olunacaq BMT İqlim Dəyişikliyi Zirvəsi əlaqələrimizin normallaşması üçün bir fürsət ola bilər".

Xəbər 743 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR