Türkiyə ordusu İraqdan təlimat alacaq qədər qabiliyyətini itirməyib.
Aktual.az Trend-ə istinadən bildirir ki, bunu İstanbulda IX Avrasiya İslam Şurasının açılışında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
R.T.Ərdoğan Mosul əməliyyatı ilə bağlı İraqın baş naziri Heydər əl-Abadiyə də cavab verib: "Sən öncə həddini bil! Sən mənim səviyyəmdə deyilsən, İraqdan qışqırıb bağırmağın bizim üçün əhəmiyyətsizdir. Biz bildiyimizi edəcəyik".