Ərdoğandan Davudoğlunun istefasına münasibət

Ərdoğandan Davudoğlunun istefasına   münasibət

"Avropa İttifaqı Türkiyə ilə vizanın götürülməsi qarşılığında terrora qarşı mübarizə qanununu dəyişdirməyimizi istəyir. Siz orada terrorçulara çadır quracaqsınız (Belçikada və Avropanın başqa şəhərlərində terrorçu PKK-nın zərərsizləşdirilmiş silahlılarına qurulan yas çadırlarını nəzərdə tutur), sonra gəlib, bizə də viza şərti ilə sürəcəksiniz".

Aktual.az Report-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Eyub bələdiyyəsində sosial xidmətlər üçün binanın açılış mərasimində bildirib.

"Baxaq, görək. Biz yolumuzla gedirik. Sən yolunla get. Kiminlə anlaşa bilirsən, get onunla anlaş", -deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

O, Türkiyənin baş naziri səlahiyyətlərini müvəqqəti icra edən Əhməd Davudoğlunun hakim Ədalət və İnkişaf Partiyasının (AKP) fövqəladə qurultayında sədrliyə namizədliyini irəli sürməyəcəyi haqda dediklərinə toxunun ölkə başçısı deyib: "Bu günlərdə məlum çətinlikləri yaşayırıq. Birliyimizi daha da güclədirməliyik. AKP qurultay keçirmək haqda qərar qəbul edib. Hörmətli baş nazir də namizəd olmayacağını açıqladı. Bu qərarın xeyirli olmasını Allahdan təmənna edirəm. Baş nazirə öz adımdan və millətim adından gördüyü işlərə görə təşəkkür edirəm.

Belə vəzifələr bayraq yarışıdır. Mən də bunu Güldən almışdım (AKP sədrliyini və Türkiyənin 11-ci prezidenti Abdullah Gülü nəzərdə tutur).

40 illik mübarizə dostlarımın olduğu bir partiya ilə yaxından maraqlanmağım bəzilərinin narahat edir. Hər dəyişiklik bir həyəcan gətirir".

Qeyd edək ki, Əhməd Davudoğlu istefa verikdən sonra ABŞ və Avropa İttifaqı Türkiyə ilə Aİ arasında qaçqın və viza məsəslələrində əməkdaşlığı davam etdilməsinin vacibliyinin vurğulayıblar.

Xəbər 741 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR