"Ərdoğan və Putin dünyanın geosiyasi mənzərəsini dəyişəcək" - Azər Verdiyev


Bu sözləri ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri Azər Verdiyev Rusiya-Türkiyə münasibətlərinin qısamüddətli gərginlikdən sonra yenidən bərpa olubmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə bu yaxınlaşma dünyanın siyasi mənzərəsində yeni baxışın yaradılması ilə nəticələnəcək: "Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi region üçün ciddi təhdidə çevrilmişdi. Eyni zamanda ölkələrarası ciddi iqtisadi böhran yaşanırdı. Çox təəssüflər olsun ki, bu gərginliyin ssenarisi də məhz Qərb tərəfindən yazılmışdı. Lakin hadisələrin gedişatı bir daha onu sübut etdi ki, ənənəvi ssenarilər bəzən iflasa da uğraya bilir. Bu mənada Türkiyədə baş verən 15 iyin hadisələri və onun fonunda Rusiyadan gələn dəstək sözün hər mənasında ABŞ və Qərbi məyus etmiş oldu. Sevindirici və qürurverici haldır ki, bu münasibətlərin qurulmasında İlham Əliyev diplomatiyasının böyük rolu var. Bu bir daha onu göstərir ki, İlham Əliyev regionda söz sahibidir. Bir məqamı da xüsusi olaraq vurğulamaq istəyirəm ki, Türkiyə-Rusiya münasibətlərinin yaxşılaşması ölkəmiz üçün də strateji əhəmiyyətə malikdir. Burada söhbət tək iqtisadi maraqlardan getmir, eyni zamanda dövlətimizin siyasi qüdrətinin artmasına dəlalət edir.

Xəbər 598 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR