“Ərdoğan Türkiyəni regionun nüfuzlu dövlətlərindən birinə çevirib”

“Ərdoğan Türkiyəni regionun nüfuzlu dövlətlərindən birinə çevirib”

Qüdrət Həsənquliyev: "Növbəti beş ildə Türkiyə dünyanın birinci onluğuna daxil olan iqtisadi və hərbi baxımdan güclü, demokratik, hüquqi dövlət olacaq”
 
"Seçkilərdə Ərdoğanın liderliyi ilə AKP və Cümhur İttifaqı parlaq qələbə qazandı və bu bizi sevindirir".

Aktual.az xəbər verir ki, bu sözləri xalqcebhesi.az saytına açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.

BAXCP sədri qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanın demokratik seçki ənənələri olan bir ölkədə 20 illik iqtidardan sonra, həm də Qərbin böyük güclərinin ona qarşı birləşdiyinə baxmayaraq, parlament seçkilərini udması və prezident seçkilərində birinci turda qalib gəlməsi üçün azacıq səsinin çatmaması böyük uğurdur:
 
"Ümid edirəm Ərdoğan ikinci turda qalib gələcək və başlatdıqları işləri sona çatdırmaq və Qarabağın işğalına son qoyulması üçün əlindən gələni edəcək. Qarabağın azadlığı üçün Türkiyənin daha prinsipial mövqe sərgiləməsinə ehtiyac var. Ərdoğan Türkiyəni regionun nüfuzlu dövlətlərindən birinə çevirib. Növbəti beş ildə Türkiyə dünyanın birinci onluğuna daxil olan iqtisadi və hərbi baxımdan güclü, demokratik, hüquqi dövlət olacaq”.

Xəbər 424 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR