Türkiyə Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin ölkənin hava məkanını təkrar pozmasına yol verməyəcək.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Belçikaya səfər zamanı mətbuat konfransında deyib.
O, qeyd edib ki, Türkiyə sərhədlərinin istənilən pozuntusu NATO-nun sərhədlərinin pozulması deməkdir: "Güman edirəm ki, Rusiya Türkiyə ilə əlaqələri korlamaq istəməyəcək".
Prezidentin sözlərinə görə, Rusiya Türkiyəni itirsə, çox şeyi də itirəcək.\trend