Ərdoğan Suriya ilə sərhədi bağlayır - İŞİD-ə ağır zərbə

Ərdoğan Suriya ilə sərhədi bağlayır   - İŞİD-ə ağır zərbə
  • DÜNYA

ABŞ və Türkiyə qanunsuz neft daşımaları və yaraqlılarının keçidinin qarşısının alınması məqsədilə Suriya - Türkiyə sərhədinin tamamilə bağlanılmasının vacibliyinə dair razılığa gəliblər.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Con Kerri qeyd edib.

“Sərhədin 98 kilometrlik hissəsi bağlanılmalıdır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bunu etmək niyyətindədir. Biz bunun üzərində birgə işləyəcəyik. Bununla bağlı hərbçilərimizlə lazımı məsələhətləşmələr də aparmaq niyyətindəyik”, - deyə Kerri jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Türkiyə qanunsuz neft daşımaları və xarici döyüşçülərin Suriya və İraqa keçməsinin qarşısını almaq niyyətindədir.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İŞİD-ə qoşulan xarici ölkə vətəndaşları Suriya və İraqa keçmək üçün əsasən bu sərhəddən istifadə edirlər.

Xəbər 585 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR