Ərdoğan Rza Zərrab haqda: "Bu məsələ bizi maraqlandırmır"

Ərdoğan Rza Zərrab haqda:

“Bu məsələ bizim ölkəni maraqlandırmır. Mövzunun əsas mahiyyətini bilmədən mövcud durumu dəyərləndirmək istəmirəm”.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan ABŞ-da həbs edilən Azərbaycan əsilli iş adamı Rza Zərrabla bağlı ona ünvanlanan sualı cavablandırarkən deyib. Ərdoğan fikrini belə davam etdirib:

“Çirkli pulların başında duranlar Pensilvaniyada yaşayır. Söhbət 100 milyon dollarlardan gedir. Çirkli pullarla əlaqəli olan şəxslərin bir çoxu həbs edilməyib. Onlar üçün nəsə etdilər? Öncə bunun üçün nəsə etsinlər. Bir deyil, iki deyil, yüzlərlə insandır.

Rza Zərrabla bağlı məsələyə gəlincə, by məsələnin ölkəmizlə heç bir əlaqəsi yoxdur”.

Xəbər 540 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR