Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan sentyabrın 23-də Rusiyaya səfər edəcək.
Aktual.az Rusiya KİV-nə istinadən xəbər verir ki, səfərin baş tutması üçün səfirlik xətti ilə danışıqlar aparılır. Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə görüşməklə yanaşı, Moskva mərkəzi məscidinin rekonsrtuksiyadan sonrakı açılış mərasiminə qatılacaq.
Moskva mərkəzi məscidi 1904-cü ildə inşa olunub. 2005-ci ildə sökülən məscid davamlı tikintidən sonra sentyabrın 23-də yeni görünüşdə açılacaq.