Ərdoğan: “Rusiya Qarabağ münaqişəsində tərəfdir”

Ərdoğan: “Rusiya Qarabağ münaqişəsində tərəfdir”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Dağlıq Qarabağ məsələsində tərəf olduğunu bildirib.

Aktual.az-ın APA-ya istinadən xəbərinə görə, R. T. Ərdoğan bunu Ankarada 23-cü muxtarlar (yerli idarəçilər) toplantısında çıxışında deyib. O, Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin tərəfi olduğuna, Azərbaycanı müharibəyə təhrik etdiyinə dair Rusiyada səslənən ittihamlara cavab verib: “Əgər Azərbaycan və Ermənistan arasındakı münaqişədə tərəf aranacaqsa, ən önəmli tərəf Rusiyadır. Rusiya tərəf olmağı sevir. Ukraynadakı münaqişədə tərəf olub. Gürcüstanda tərəf olub. İndi də Suriyada tərəfdir. Rusiya “Suriya bizi çağırdı, ona görə getdik” deyir. Məni aldada bilməzsən. Niyə zalımın yanında yer alırsan? Məzlumun yanında yer al”.

R. T. Ərdoğan ümid etdiyini bildirib ki, Azərbaycanın atdığı addımları Ermənistan da atacaq: “Yaranmış duruma görə Ermənistan günahkardır”.

Xəbər 804 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR