Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəhrəmanmaraş vilayətinə gəlib.
Aktual.az xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.
Zəlzələ ilə bağlı açıqlama verən ölkə başçısı bildirib ki, bütün imkanlarımızı səfərbər etmişik:
"İlk gün müəyyən çətinliklər olsa da, ikinci gün və bu gün vəziyyət nisbətən normallaşıb. Axtarış-xilasetmə işlərimiz sürətli şəkildə davam etdirilir. Bununla yanaşı dağıntıların aradan qaldırılması işlərinə də başlanılacaq”.
Ərdoğan zəlzələdən zərər çəkənlərə maliyyə yardımının göstəriləcəyini də bildirib:
"Zəlzələnin təsir etdiyi regionlarda yenidənqurma işləri də aparılacaq”.
Xəbər 206 dəfə oxunub.